ABŞ İranla uzunmüddətli münaqişə istəmir - Tramp:

Dünya xəbərləri Materials 8 İyul 2026 21:19 (UTC +04:00)
ABŞ İranla uzunmüddətli münaqişə istəmir - Tramp:

Bakı. Trend:

ABŞ İranla uzunmüddətli münaqişəyə can atmır və bundan sonrakı hər hansı hadisələr çox sürətlə inkişaf edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekunlarına dair Ankarada keçirilən mətbuat konfransında bildirib.

"Xeyr, baş verəcək hər şey çox sürətlə baş verəcək. Biz uzunmüddətli ssenariyə hesablanmamışıq", – deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti