Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq - Qalibaf

Dünya xəbərləri Materials 9 İyul 2026 06:48 (UTC +04:00)
Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq - Qalibaf
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni vəziyyəti daha da gərginləşdirməkdən çəkindirib və bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri əsasında açılacaq.

Bu barədə İran parlamentinin sədri "X" sosial şəbəkəsində yazıb.

"Zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız. Əbəs yerə mübarizə aparmayın, əks halda daha da dərin bataqlığa düşəcəksiniz. Hörmüz boğazı ABŞ-nin təhdidləri ilə deyil, yalnız İranın şərtləri əsasında açılacaq", - deyə Qalibaf cümə axşamı X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-də "hələ də başa düşmürlər ki, qorxutmaq və vədləri pozmaq artıq nəticəsiz qalmır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti