Küveyt və Bəhreyn kütləvi hava hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 9 İyul 2026 05:08 (UTC +04:00)
Küveyt və Bəhreyn kütləvi hava hücumuna məruz qalıb

Bakı. Trend:

Küveytin hava hücumundan müdafiə sistemləri raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək hücumun qarşısını alıb.

Bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Nazirlikdən verilən açıqlamada deyilir: "Küveytin hava hücumlarından müdafiə qüvvələri hazırda düşmənin raket hücumlarına və pilotsuz təyyarə hücumlarına qarşı mübarizə aparır".

Bəhreyndə də hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə krallığın Daxili İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat verib.

Departamentin açıqlamasında deyilir: "Siren səsi eşidilib. Vətəndaşlar və sakinlər sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırılır".

Qeyd edək ki, daha əvvəl İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına kütləvi hücum həyata keçirəcəyi barədə məlumat verilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti