Bakı. Trend:
ABŞ hərbçiləri Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təxminən 20 döyüş və yardımçı gəmidən ibarət qruplaşma cəmləşdirib.
Bu barədə mənbələrə istinadən Fox News telekanalı məlumat yayıb.
Məlumata görə, qruplaşmanın tərkibinə USS Abraham Lincoln və USS George H.W. Bush təyyarədaşıyıcılarının başçılıq etdiyi iki aviadaşıyıcı zərbə qrupu, həmçinin göyərtəsində ABŞ Dəniz Piyadalarının 11-ci Ekspedisiya Dəstəsini daşıyan USS Boxer universal desant gəmisinin rəhbərlik etdiyi amfibiya-desant qrupu daxildir.