Bakı. Trend:
ABŞ hakimiyyəti Tehranla razılaşmaları pozaraq Hörmüz boğazından gəmilər üçün yeni bir marşrut açmağa çalışıb.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
"ABŞ, anlaşma memorandumunun parametrlərini pozan metodlardan istifadə edərək, Hörmüz boğazının cənub marşrutunu açmaq üçün təzyiq göstərib", - deyə o bildirib.
Diplomatın sözlərinə görə, İran bu cür hərəkətləri qəbuledilməz hesab edir.
İran xarici işlər nazirinin müavini xəbərdarlıq edib ki, Tehran ABŞ-nin son günlərdə ölkəyə endirdiyi zərbələrə görə qisas alacaq.