Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları yenidən təşkil etməyə hazırdır - Ərdoğan

Dünya xəbərləri Materials 8 İyul 2026 23:08 (UTC +04:00)
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları yenidən təşkil etməyə hazırdır - Ərdoğan

Bakı. Trend:

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını yenidən təşkil etməyə hazırdır.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara sammitindən sonra bildirib.

"NATO sammitində Ukraynadakı müharibənin nəticələrini də müzakirə etdik. Müharibənin lap əvvəlindən Türkiyə həll yolu tapmaq üçün dialoq və diplomatiyanı müdafiə edib. Bizim prinsipial mövqeyimiz həm [Rusiya Prezidenti] cənab [Vladimir] Putinə, həm də cənab [Vladimir] Zelenskiyə, eləcə də müttəfiqlərimizə yaxşı məlumdur. Bu gün ədalətli sülh şəraitində uduzan olmayacaq çağırışımı bir daha təkrarlamaq istəyirəm. Türkiyədə tərəfləri yenidən bir araya gətirməyə hazır olduğumuzu bir daha bəyan edirəm", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti