İran yeni hücumlardan sonra ABŞ-dan razılaşma istəyib - Tramp

Dünya xəbərləri Materials 9 İyul 2026 05:33 (UTC +04:00)
İran yeni hücumlardan sonra ABŞ-dan razılaşma istəyib - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nümayəndələri ABŞ hərbçilərinin ölkə ərazisinə endirdiyi təkrar zərbələrdən sonra onunla əlaqə saxlayaraq razılaşma əldə etmək istədiklərini bildiriblər.

Bu barədə "CNN" telekanalı məlumat yayıb.

"Onlar bir müddət əvvəl zəng etmişdilər, onlar çox istəyirlər ki, razılıq əldə olunsun. Sadəcə, bilmirəm, onlar belə bir razılaşmaya layiqdirlərmi", - deyə Tramp Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

Son iki gecə ərzində ABŞ Hörmüz boğazında gəmilərin atəşə tutulmasına cavab olaraq İrana qarşı zərbələri bərpa edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti