Bakı. Trend:
Çexiya Ukraynaya hərbi ehtiyaclar üçün hər il 70 milyard avro ayırmaq layihəsində iştirak etməyəcək.
Bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Ankarada keçirilən NATO sammitində bildirib.
"Biz bu məbləği verməkdə iştirak etməyəcəyik", - deyə o vurğulayıb.
Çexiya hökumətinin başçısı qeyd edib ki, hər bir ölkənin bu proqramda iştirak edib-etməmək barədə özünün qərar vermək hüququ var.