Dağıstanda fövqəladə vəziyyət rejimi elan edilib

Dünya xəbərləri Materials 9 İyul 2026 10:33 (UTC +04:00)
Dağıstanda fövqəladə vəziyyət rejimi elan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dağıstanın Gərgəbil rayonunda baş verən daşqınlarla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bu barədə rayon administrasiyasının "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, daşqın vəziyyətinin pisləşməsi ilə əlaqədar Fövqəladə Hallar Komissiyası yekdilliklə fövqəladə vəziyyət rejiminin elan olunmasına qərar verib. Müvafiq sərəncamı rayonun rəhbəri Maqomedali Taqirov imzalayıb.

Qeyd olunub ki, qərarın qəbul edilməsinə səbəb rayonun bir neçə kəndində vəziyyətin ağırlaşması və su səviyyəsinin artmaqda davam etməsidir.

Yerli hakimiyyət sakinləri ehtiyatlı olmağa və rəsmi məlumatları izləməyə çağırıb.

İyulun 7-8-də yağan güclü yağışlar nəticəsində Dağıstanın bir sıra yaşayış məntəqələrində daşqınlar baş verib, yollar yuyulub və elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti