Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Cəmiyyət Materials 9 İyul 2026 14:25 (UTC +04:00)
Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalan bələdiyyəsinin sabiq sədri 600 min manatdan çox ziyan vurmaqda ittiham olunaraq məhkəməyə verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Orxan Musayevin qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla müəyyən edilib ki, Orxan Musayev 2020–2025-ci illərdə həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xırdalan bələdiyyəsinə məxsus 1,92 hektar torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən aşağı qiymətə satmaqla bələdiyyəyə 600 min manatdan artıq ziyan vurub.

Araşdırma zamanı, həmçinin onun qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair sübutlar toplanıb.

Toplanmış sübutlar əsasında Orxan Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti