Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan cari ilin sonunadək ölkənin yeni Konstitusiya layihəsinin məzmunun ictimailəşdiriləcəyini vəd edib.
Ermənistan KİV-in məlumatına görə, o bu haqda jurnalistlərlə söhbəti zamanı bildirib.
"Dəqiq tarix deyə bilmərəm, lakin ilin sonunadək layihəni dərc edəcəyik", – deyə Baş nazir vurğulayıb.
Paşinyan qeyd edib ki, layihənin daha əvvəl açıqlanmamasına səbəb növbəti parlament seçkilərinin keçirilməsi olub. Onun sözlərinə görə, sənədin lazımi qaydada ictimai müzakirəsinin təmin edilməsi məqsədilə yeni konstitusiya layihəsinin öncəki ictimailəşdirilmə tarixi ertələnmişdi.
