İranda Tehran-Məşhəd qatarlarının hərəkəti dayandırılıb

Dünya xəbərləri Materials 9 İyul 2026 09:40 (UTC +04:00)
İranda Tehran-Məşhəd qatarlarının hərəkəti dayandırılıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ABŞ-nin İrana hərbi hava hücumları ilə Tehran-Məşhəd dəmiryolu xəttinin bir hissəsinin vurulması nəticəsində qatarların hərəkəti dayanıb.

Bu barədə İranın Dəmir Yolları Şirkəti məlumat yayıb.

Məlumata görə, texniki komandalar və əməliyyat işçiləri dərhal həmin ərazinə göndərilib. Xəsarət alan hissənin təmir olunması üçün işlər aparılır. Bu işlərin qısa müddətdə başa çatdırılmasına səy göstərilir.

İranın Dəmir Yolları Şirkəti qatarların hərəkətini dayandırması nəticəsində sərnişinlərin avtobuslarla daşınması üçün lazımi işlərin görüldüyünü bildirib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu gün verdiyi açıqlamaya görə, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti