Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, iyulun 6-da Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə keçirdiyi görüş zamanı Ermənistan məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlərlə bağlı razılaşmalar əldə edilib.
“Rusiya Baş naziri ilə açıq, səmimi və dostcasına müzakirə apardıq. Bir sıra razılaşmalar əldə olunub. Hələlik bu razılaşmaların təfərrüatlarını açıqlamayacağam. Onlar həyata keçirildikdən sonra hər şeyi özünüz görəcəksiniz”, – deyə Paşinyan yerli televiziya kanallarının canlı yayımladığı brifinqdə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi aşkar edilmiş pozuntular səbəbindən Ermənistanın bir sıra məhsullarının – mineral sudan və spirtli içkilərdən tutmuş tərəvəz və meyvələrədək – ölkəyə idxalını məhdudlaşdırmışdı.
