İran ordusu ABŞ mövqelərinə zərbələr endirdiyini açıqlayıb

Dünya xəbərləri Materials 9 İyul 2026 10:58 (UTC +04:00)
İran ordusu ABŞ mövqelərinə zərbələr endirdiyini açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə ABŞ-nin Küveytdəki Patriot hava hücumundan müdafiə sistemləri, Qətərdəki ilk xəbərdarlıq mərkəzi və Bəhreyndəki yanacaq ehtiyatı mərkəzi vurulub.

Bu barədə İran ordusu məlumat yayıb.

İran ordusu bildirir ki, bu hücumda İran ordusu PUA-lardan istifadə edib.

Məlumata görə, sözügedən hücumlar son üç ayda Qətərdəki hərbi mövqelərə ilk hücum hesab olunur.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün verdiyi açıqlamada qeyd edib ki, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti