76 kq narkotik vasitə dövriyyədən çıxarılıb (VİDEO)

Hadisə Materials 9 İyul 2026 09:42 (UTC +04:00)
76 kq narkotik vasitə dövriyyədən çıxarılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həb dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Belə ki, Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar. Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti