Zaqatalada sel səbəbindən çayda köməksiz qalan 5 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 9 İyul 2026 18:54 (UTC +04:00)
Zaqatalada sel səbəbindən çayda köməksiz qalan 5 nəfər xilas edilib (VİDEO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.

"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti