Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb

Siyasət Materials 9 İyul 2026 17:58 (UTC +04:00)
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Əli Əsədov “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytından dərc olunub.

Qərara əsasən, publik hüquqi şəxslərə tapşırılıb ki, müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş vəzifə (peşə) adları və ya tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla, mövcud vəzifələrin bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya müvafiq olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını tətbiq etsinlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti