“AzərEnerji” və Dünya Bankı yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Energetika Materials 9 İyul 2026 15:04 (UTC +04:00)
“AzərEnerji” və Dünya Bankı yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“AzərEnerji” ASC-nin sədri Baba Rzayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub.

Bu barədə “AzərEnerji” məlumat yayıb.

Bildirilib ki, görüşdə AZURE layihəsinin ümumi gedişatı, komponentlər üzrə son vəziyyət, qarşıda görüləcək işlər, yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Azərbaycanda həyata keçirilən irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və əməkdaşlığın perspektivləri barədə də geniş fikir mübadiləsi edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti