Neymar bu tarixdən futboldan getməyi planlaşdırır

Dünya xəbərləri Materials 9 İyul 2026 14:07 (UTC +04:00)
Neymar bu tarixdən futboldan getməyi planlaşdırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Braziliya millisinin tarixində ən məhsuldar bombardir olan Neymar 2026-cı ildə peşəkar futbolçu karyerasını başa vura bilər.

Bu barədə Braziliyanın "UOL media agentliyi "məlumat yayıb.

Məlumata görə, Braziliya millisinin dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra Neymar ABŞ-da qalaraq ailəsi ilə vaxt keçirir. Bundan sonra o, gələcək karyerası ilə bağlı yekun qərarını verəcək.

Hazırda futbolçunun çıxış etdiyi “Santos FC” klubunun məşqçilər korpusundakı mənbələr hücumçunun müqaviləsini ləğv edərək yüksək səviyyəli futboldan ayrılacağını istisna etmirlər. Neymarın "Santos"la müqaviləsinin müddəti 31 dekabr 2026-cı ilədək qüvvədədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti