Bakı.Trend:
"ING Group" Azərbaycanda inflyasiya üzrə proqnozlarını yeniləyib.
Niderlandın bank qrupunun qiymətləndirməsinə görə, Azərbaycanda inflyasiya 2026-cı ildə 5,8 faiz səviyyəsində gözlənilir. 2027-ci ildə isə ölkədə illik inflyasiya 0,2 faiz bəndi azalaraq 5,6 faiz təşkil edəcək.
Cari ilin ikinci rübündə inflyasiyanın 5,7 faiz, üçüncü rübdə 5,8 faiz, dördüncü rübdə isə 5,9 faiz olacağı proqnozlaşdırılır.
Qrupun məlumatına əsasən, 2027-ci ilin birinci və ikinci rüblərində inflyasiya 5,7 faiz, üçüncü və dördüncü rüblərində isə 5,4 faiz səviyyəsində gözlənilir. 2028-ci ildə isə inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may ayında açıqladığı baza proqnozuna əsasən, illik inflyasiya 2026-cı ildə 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcək.
