XİN kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 9 İyul 2026 13:49 (UTC +04:00)
XİN kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin kollektivi 9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Trend-in müxbirinin xəbərinə görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb.

XİN kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyub, şəhidlərimin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını ifadə edib.

Kollektiv Zəfər parkını ziyarət edərək, 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış Zəfər Abidəsinin qarşısına gül dəstələri qoyub, onları dərin ehtiramla yad edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti