Bakı. Trend:
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi “Qəbələ” klubundan Emil Süleymanovu transfer edib. Yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli (“Qəbələ”) və Hacıəli Şirəliyevi kluba cəlb edib.