ABŞ-ın təyyarəqayırma sənayesi iqtisadi və müdafiə tələbatını qarşılamaqda çətinliklərlə üzləşir - Tramp

Dünya xəbərləri Materials 10 İyul 2026 05:40 (UTC +04:00)
ABŞ-ın təyyarəqayırma sənayesi iqtisadi və müdafiə tələbatını qarşılamaqda çətinliklərlə üzləşir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasına kommersiya təyyarələri, aviasiya mühərrikləri və onların ehtiyat hissələrinin idxalı ilə bağlı məsələlər üzrə ticarət tərəfdaşları ilə danışıqlara başlanılması barədə göstəriş verib.

Bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş sərəncamda bildirilib.

Sənədə əsasən, ABŞ-nin ticarət naziri Hovard Latnikin apardığı araşdırmanın nəticələri kommersiya aviasiyası məhsullarının mövcud tədarük şərtləri və həcmlərinin ölkənin milli təhlükəsizliyi baxımından risklər yaratdığını göstərib.

Donald Tramp qeyd edib ki, ABŞ-ın təyyarəqayırma sektoru həm iqtisadi, həm də müdafiə ehtiyaclarının tam təmin olunmasında müəyyən çətinliklərlə qarşılaşır.

"Qərara gəldim ki, kommersiya aviasiyası məhsulları, mühərriklər və ehtiyat hissələrinin idxalının tənzimlənməsi məqsədilə ticarət tərəfdaşlarımızla danışıqlara başlamaq zəruridir. Bu məhsulların tədarükü ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilməməlidir", – deyə ABŞ prezidentinin bəyanatında vurğulanıb.

Tramp, həmçinin, görülən işlər və əldə olunan nəticələr barədə 180 gün ərzində ona hesabat təqdim edilməsini tapşırıb.

Xəbər lenti

Xəbər lenti