Bakı. Trend:
Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3 889 nəfərə çatıb.
Bu barədə Bolivar Respublikasının Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriges özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. Nəticədə 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.
Aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 28 836 nəfər xəstəxana və tibb müəssisələrində müalicə alıb. Zərərçəkmiş 86 794 ailəyə yardım göstərilib, onlara ümumilikdə 9 603 ton ərzaq məhsulu çatdırılıb.
Qeyd edək ki, zəlzələ iyunun 24-ü axşam saatlarında Venesuelada
baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki
yeraltı təkan qeydə alınıb. Təkanların episentrləri Yarakuy
ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən
sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə
alınıb.