Konqoda “Ebola”dan ölənlərin sayı 600 nəfəri keçib

Dünya xəbərləri Materials 10 İyul 2026 01:54 (UTC +04:00)
Konqoda “Ebola”dan ölənlərin sayı 600 nəfəri keçib

Bakı. Trend:

Laboratoriya şəraitində təsdiqlənmiş "Ebola" qızdırmasından ölənlərin sayı Konqo Demokratik Respublikasında (KDR) son sutka ərzində 25 nəfər artaraq 625-ə çatıb.

Bu barədə Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində məlumat verilib.

Bildirilib ki, yoluxanların sayı da əvvəlki günlə müqayisədə 33 nəfər artaraq 1 792-yə yüksəlib. Ölüm göstəricisi 34,9 faiz təşkil edir.

Hazırda xəstəxanalarda və tibbi təcrid mərkəzlərində 764 pasiyent nəzarət altında saxlanılır.

Son üç həftə ərzində yoluxmuş şəxslərlə təmasda olanların izlənilməsi göstəricisi isə 78,6 faiz səviyyəsindədir.

Qeyd edək ki, "Ebola" qızdırmasının hazırkı yayılması mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Xəstəliyin əsas ocağı Konqonun İturi əyalətində yerləşir.

Xəbər lenti

Xəbər lenti