Bakı-Qazax yolunda qarpızla yüklənmiş "Ford" aşdı (VİDEO)

Hadisə Materials 10 İyul 2026 16:16 (UTC +04:00)
Bakı-Qazax yolunda qarpızla yüklənmiş "Ford" aşdı (VİDEO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Hacıqabul. Trend:

Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin aşması nəticəsində yolda nəqliyyatın sıxlığı yaranıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza bu gün saat 16:00 radələrində magistralın 113-cü kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza səbəbindən magistralın paytaxt istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti