Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı yeni cərimələr tətbiq ediləcək

Cəmiyyət Materials 10 İyul 2026 13:32 (UTC +04:00)
Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı yeni cərimələr tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı yeni cərimələr tətbiq ediləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti