Qırğızıstanda məşhur aviaşirkətin lisenziyası ləğv edilib

Dünya xəbərləri Materials 10 İyul 2026 20:05 (UTC +04:00)
Qırğızıstanda məşhur aviaşirkətin lisenziyası ləğv edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qırğızıstanın Mülki Aviasiya Dövlət Agentliyi iyulun 7-də Bişkek hava limanında "Tez Jet" aviaşirkətinə məxsus təyyarə ilə baş vermiş insidentdən sonra şirkətin lisenziyasını ləğv edib.

"Bədbəxt hadisədən dərhal sonra Qırğızıstan Respublikasının Mülki Aviasiya Dövlət Agentliyi insidentin başvermə şəraiti ilə bağlı rəsmi araşdırmaya başlayıb. ... Yoxlamanın nəticələrinə əsasən, Qırğızıstan Respublikasının aviasiya qanunvericiliyinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsir göstərən tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkarlanmış pozuntular əsasında Mülki Aviasiya Dövlət Agentliyi "Tez Jet" aviaşirkətinin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib", – məlumatda bildirilir.

Dövlət Agentliyi həmçinin vurğulayıb ki, fəaliyyəti uçuşların təhlükəsizliyi üçün risk yaradan istənilən istismarçıya münasibətdə bundan sonra da "ən prinsipial və ən sərt qərarlar" qəbul ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti