Kreml Türkiyənin "S-400"ləri üçüncü ölkəyə satması iddialarına münasibət bildirib

Dünya xəbərləri Materials 10 İyul 2026 14:25 (UTC +04:00)
Kreml Türkiyənin "S-400"ləri üçüncü ölkəyə satması iddialarına münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərinin (ZRK) mümkün satışı məsələsi son dərəcə həssas mövzudur.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya mediasına açıqlamasında deyib.

"Bu barədə yalnız onu deyə bilərəm ki, söhbət son dərəcə həssas mövzudan gedir", – deyə o bildirib.

Peskovun sözlərinə görə, Rusiya bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə təmaslar aparıb və həmin təmaslar davam etdiriləcək.

Bundan əvvəl məlum olub ki, Türkiyənin vaxtilə Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri Fars körfəzi ölkələrindən birinə satılmış ola bilər. Mənbələrin məlumatına görə, mümkün alıcılar sırasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin adı çəkilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti