“Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb

İdman Materials 8 Sentyabr 2026 13:37 (UTC +04:00)
“Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında keçiriləcək I tur oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytında dərc olunan məlumata görə, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri qismində Ervan Finjan və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək. VAR hakimi Jerom Brisar, onun köməkçisi Momçilo Markoviç (Serbiya) olacaq.

Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti