Bakı.Trend:
Britaniya, Almaniya və Fransadan olan diplomatlar Kiyevdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulub.
Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff öz rəsmi “X” səhifəsində yazıb.
O qeyd edib ki, adları açıqlanan Avropa ölkələrinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti addımlar ətrafında gedən müzakirələrdə iştirak ediblər.
“Əlavə üçtərəfli danışıqların təşkilinin irəlilədilməsi də daxil olmaqla, əhəmiyyətli irəliləyiş əldə edilib”, - deyə xüsusi nümayəndə qeyd edib.
Qeyd edək ki, daha əvvəl Financial Times (FT) qəzeti Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri zamanı danışıqlara az sayda yeni ideya gətirdiyini və bunun əvəzinə əvvəlki təkliflərin müzakirəsini yenidən gündəmə gətirməyə çalışdıqlarını yazmışdı.
