Tramp artan neft qiymətlərindən danışıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 07:38 (UTC +04:00)
Tramp artan neft qiymətlərindən danışıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmasından sonra neftin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını bildirib.

Tramp bu barədə "Truth" sosial media platformasındakı hesabında paylaşım edib.

ABŞ Prezidenti qeyd edib ki, İranla müharibədə qələbə qazandıqdan sonra neftin qiyməti digər məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə aşağı düşəcək.

Onun sözlərinə görə, ilkin mərhələdə neftin qiymətinin bir qallon üçün 3 dollara qədər enməsi, daha sonra isə tədricən 2 dollardan aşağı düşməsi gözlənilir.

"Bu proseslərin hamısı sürətlə baş verəcək və İran heç vaxt nüvə silahına sahib olmayacaq", – Tramp vurğulayıb.

Xəbər lenti

Xəbər lenti