“Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

İqtisadiyyat Materials 7 Sentyabr 2026 19:20 (UTC +04:00)
“Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

İstehsalat Birliyindən verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə qurumun yaydığı məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti