Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 16:34 (UTC +04:00)
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb.

Bu barədə Rusiya KİV-də məlumat yayılıb.

Həmçinin digər yüksək rütbəli əməkdaşlar – FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi, polkovnik-leytenant Anna Levina da saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, talanda “Yevrotrans” PJSC-nin direktorlar şurasının sədri İqor Martınov və onun tabeliyində çalışan üç top-menecer də iştirak edib.

İstintaqın versiyasına görə, onlar Moskva vilayəti polis idarəsinə məxsus xidməti yanacağı mənimsəyən mütəşəkkil cinayətkar qrupun üzvləri olublar. Malkov, Suyarov və Levina artıq daxili işlər orqanlarında tutduqları vəzifələrdən azad ediliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti