2027-ci ildən binaların enerji effektivliyi üzrə pasportlaşdırılması planlaşdırılır - Cahid Mikayılov

İqtisadiyyat Materials 7 Sentyabr 2026 14:07 (UTC +04:00)
2027-ci ildən binaların enerji effektivliyi üzrə pasportlaşdırılması planlaşdırılır - Cahid Mikayılov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ilin yanvar ayından etibarən Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binaların enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması planlaşdırılır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” adlı dəyirmi masada deyib.

O bildirib ki, müvafiq qaydalara əsasən, bu prosesin 2027-ci ilin yanvarından tətbiqinə başlanılması nəzərdə tutulur.

Cahid Mikayılov qeyd edib ki, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının elektron qaydada həyata keçirilməsi üçün Binalarda enerji effektivliyi alt sistemi yaradılır.

“Yaxşı qayda yalnız kağız üzərində qalmamalıdır. Qaydanın arxasında işlək mexanizm, mexanizmin arxasında institusional potensial, onların arxasında isə müasir, rəqəmsal infrastruktur olmalıdır”, – deyə o vurğulayıb.

Nazirlik rəsmisi bildirib ki, bina bir dəfə tikilsə də, uzun illər və onilliklər ərzində enerji istehlak edir. Buna görə də layihələndirmə mərhələsində qəbul edilən düzgün qərarlar uzunmüddətli perspektivdə mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, mövcud binalarda enerjiyə qənaətlə yanaşı, şəhərsalma və memarlıq işlərində enerji səmərəliliyinin binanın həyat dövrünün başlanğıcından onun ayrılmaz xüsusiyyətinə çevrilməsi vacibdir.

Cahid Mikayılov əlavə edib ki, Azərbaycanda bu istiqamətdə hüquqi baza formalaşdırılıb, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun qəbul edilib və onun tətbiqi məqsədilə müvafiq qayda və mexanizmlər hazırlanır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti