Bakı. Trend:
İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə artırıb. Belə ki, bu tarif çərçivəsində benzinin 1 litrinin qiyməti 50 min rialdan 100 min riala yüksəldilib.
Bu barədə sentyabrın 8-də İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.
Eyni zamanda, benzinin ilk iki tarif üzrə qiymətində dəyişiklik edilməyib. Həmin tariflər üzrə 1 litr benzinin qiyməti müvafiq olaraq 15 min və 30 min rial olaraq qalır.
Yeni qiymət artımı yanacaq kartında nəzərdə tutulan bütün
limitlərdən istifadə edildikdən sonra tətbiq olunan üçüncü tarifə
aiddir. Əvvəllər bu tarif üzrə benzinin 1 litri 50 min riala
satılırdı.