Meksikada: pirotexnika anbarında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb
Meksikada patron bayramı zamanı kilsədə baş verən pirotexnika partlayışı nəticəsində azı 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Bu barədə bazar günü yerli hakimiyyət orqanları məlumat yayıb.
Hadisə şənbə günü axşam saatlarında Meksika ştatının Santa-Mariya-Kançesda (Santa María Canchesdá) bələdiyyəsində baş verib. Yerli hökumətin məlumatına görə, partlayış kilsənin ərazisində anbar kimi istifadə olunan bir otaqda saxlanılan pirotexniki vasitələrin partlaması nəticəsində baş verib.
Yerli KİV-lərin yaydığı videolara əsasən, hadisə onlarla insanın kilsənin qarşısında ənənəvi olaraq pirotexnika ilə doldurulan və sakinlər tərəfindən araba üzərində daşınan “buğa”nın yandırılmasını qeyd etdiyi zaman baş verib.
Güclü partlayışdan sonra yanğın kənd meydanına yayılıb və tədbir iştirakçıları alovdan qaçmağa başlayıblar.