Bakı. Trend:
BMT Baş Assambleyasının 81-ci növbəti sessiyası bu gün təşkilatın Nyu-Yorkda yerləşən baş qərargahında işinə başlayacaq.
Sessiyanın açılışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş və yeni sessiyanın prezidenti, Banqladeş nümayəndəsi Xəlilur Rəhman çıxış edəcəklər. Xəlilur Rəhmanın səlahiyyətlərinin icrasına başlaması ilə bağlı andiçmə mərasimi isə səhər saatlarında keçiriləcək.
Sentyabrın 22-də başlayacaq yüksək səviyyəli həftə çərçivəsində keçiriləcək ümumi müzakirələrdə dövlət və hökumət başçıları çıxış edəcəklər. Müzakirələrdə 100-dən çox dövlət və 46 hökumət başçısının, eləcə də nazirlər, səfirlər və digər yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.
Baş Assambleyanın sessiyası çərçivəsində dünya liderlərinin iştirakı ilə bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Növbəti ilin əsas siyasi hadisələrindən biri BMT-nin yeni Baş katibinin seçilməsi olacaq. 2017-ci ildən təşkilata rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq.
Baş Assambleyanın ümumi müzakirələri sentyabrın 22–26-da,
həmçinin sentyabrın 28-də keçiriləcək.