Tbilisi-Bakı qatarının qarşısına qəfil çıxan şəxs ölüb

Hadisə Materials 8 Sentyabr 2026 09:53 (UTC +04:00)
Tbilisi-Bakı qatarının qarşısına qəfil çıxan şəxs ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün gecə saat 02:00 radələrində Zəyəm-Dəllər sahəsində Tbilisi-Bakı sərnişin qatarının iştirakı ilə ölümlə nəticələnən hadisə baş verib.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər çıxıb.

“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs həyatını itirib”, - məlumatda qeyd olunub.

ADY vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb.

Qeyd olunub ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi və qaydalara laqeyd münasibəti arzuolunmaz hallara səbəb ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti