Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb

Turizm Materials 8 Sentyabr 2026 12:26 (UTC +04:00)
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yay mövsümündə Azərbaycanın hava məkanında hava hərəkətinin həcmi artıb.

Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanının yaydığı məlumata görə, iyun-avqust aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102, 130 uçuşa aeronaviqasiya xidməti göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb.

Hava hərəkətinin həcmi yay ayları ərzində ardıcıl şəkildə yüksəlib. AZANS tərəfindən iyun ayında 32, 430, iyulda 34, 322, avqustda isə 35, 378 uçuşa aeronaviqasiya xidməti göstərilib. Beləliklə, avqust hava hərəkəti baxımından yay mövsümünün ən intensiv ayı olub.

Tranzit uçuşların sayında daha yüksək artım qeydə alınıb. İyun–avqust aylarında Azərbaycanın hava məkanından 78, 749 tranzit uçuş həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb.

Yay mövsümünün ən yüksək sutkalıq hava hərəkəti 23 avqustda qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1, 210 uçuşa aeronaviqasiya xidməti göstərilib.

Tranzit uçuşlar üzrə mövsümün pik göstəricisi isə 22 avqustda qeydə alınıb. Bir gün ərzində Azərbaycanın hava məkanından 920 tranzit uçuş həyata keçirilib. Bu göstərici 2025-ci ilin yay mövsümündə qeydə alınmış maksimum səviyyədən 13,4 faiz çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti