Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi planlaşdırılır - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 8 Sentyabr 2026 10:46 (UTC +04:00)
Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi planlaşdırılır - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iqlim məlumatları və çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.

O bildirib ki, son onillikdə iqlim dəyişmələrinin fəsadları qlobal miqyasda ekstremal hadisələrin daha da şiddətlənməsi ilə müşahidə edilir:

"İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (İPCC) sonuncu hesabatında aşağı və orta gəlirli ölkələrdə şəhər ərazilərində iqlim risklərinə həssaslığın artdığı barədə xəbərdarlıq edilir.

Avropada şiddətli və daha uzunmüddətli istilik dalğaları, Nepaldadağıdıcı sellər və dünyanın bir çox ölkələrində hava-iqlim anomaliyalarıbu proseslərə iqlim dayanaqlılığının artırılmasının nə dərəcədə vacib olduğunu göstərir.

Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artmış, və sektoralinkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri etmişdir.

Hər kəs üçün əlçatan Erkən xəbərdarlıqsadəcə informasiya deyil. Bəzən bir xəbərdarlıq insan itkilərini xilas edən və infrastruktur zərərini əhəmiyyətli dərəcədə azaldanmühüm bir vasitə olduğunu göstərir.

ÜMT bildirir ki, cəmi 24 saat əvvəl verilən xəbərdarlıq belə zərəri 30%-dək azalda bilər.

Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyayalara və yeni imkanlara keçid edir".

Onun sözlərinə görə, təsadüfi deyil ki, bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır:

"Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin mart ayında təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkəmizin siyasətini müəyyən edən önəmli sənəddir.

Strategiyanın icrası ölkədə süni intellektin inkişafı və tətbiqini sürətləndirəcək.Bu sahədə daha sistemli yanaşma formalaşacaq. İnnovasiyaların və yeni texnologiyaların tətbiqi üçün əlverişli mühit yaradılacaq. Müvafiq infrastruktur və insan kapitalı gücləndiriləcək. Bu strateji yanaşma iqlim dəyişmələri ilə mübarizədə də yeni imkanlar yaradacaq. Xüsusilə, erkən xəbərdarlıq sistemlərinin qurulması və inkişafı dəstəklənəcək.

2025-ci ilin oktyabr ayında Ümumdünya Meteorologiya Təşkilatı Süni intellektin proqnozlaşdırmada və erkən xəbərdarlıq sistemlərində tətbiqini təşviq edən qərar qəbul edib.

Süni intellektin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası iqlim risklərinin daha sürətli qiymətləndirilməsinə imkan verəcək. Bəzi qabaqlayıcı tədbirlərinvaxtında görülməsi mümkün olacaq. Eyni zamanda, məlumatların keyfiyyəti və əlçatanlığı, informasiya təhlükəsizliyi, texnoloji infrastruktur, etibarlılıq və insan nəzarəti kimi yeni çağırışları da gündəmə gətirir".

Nazir müavini bildirib ki, ekstremal hava hadisələrinin monitorinqi və proqnozlaşdırılmanın inkişaf etdirilməsi seçim deyil - insan həyatını xilas edən investisiyalardır:

"Ölkəmiz milli monitorinq sisteminin modernləşdirilməsinə investisiya qoyulması istiqamətində mühüm addımlar atıb. Azərbaycan geniş meteoroloji müşahidə sisteminə malikdir. Son 5 il ərzində 2026-cı ilin investisiyaları nəzərə alınmaqla, bu sistemlərin 82%-i artıq avtomatlaşdırılıb. Lakin bu, erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində əsas və birinci pillədir. Qarşıda həyata keçirilməli bir sıra mühüm hədəflər mövcuddur. Çünki iqlim dəyişmələri artıq uzaqda baş verən bir təhlükə deyil - təsirlərinibu gün və burada yaşadığımız reallıqdır.

BMT-nin çağırışı aydındır: emissiyaların azaldılması təxirə salına bilməz.1,5°C hədəfinə çatmaq üçün vaxt daralır. Bu gün verilən qərarlar sabah üzləşəcəyimiz iqlim risklərinin miqyasını müəyyən edəcək. Buna görə də emissiyaların azaldılması qədər, iqlim dəyişmələrinə uyğunlaşma potensialımızın gücləndirilməsi bizim təxirəsalınmaz vəzifəmizdir. Bunun üçün yerli Rəqəmsal Hava Proqnozlaşdırılması Modelləri kimi müasir sistemlərinin yaradılması və bütün sektorlarıtəsir-əsaslı informasiyalarlatəmin edilməsi tələb olunur. Ölkənin ilk NAP və NDC 3.0 sənədində erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi -adaptasiya sahəsində hədəf kimi müəyyən edilib.

Bu məqsədlə UNEP və Yaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda dayanıqlılığın artırılması üçün iqlim məlumatları və çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsini planlaşdırırıq".

O qeyd edib ki, süni intellektlə bağlı yeniliklər texnoloji prioritetləri yenidən nəzərdən keçirməyə sövq edir:

"ÜMT-nin süni intellektin proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası çağırışı təxminən 5 il öncə hazırlanan bu layihə sənədinə yeni baxışı şərtləndirir. Azərbaycan COP29 platformasında və 13-cü Ümumdünya Şəhərsalma Forumunda erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi mövzusunda silsilə tədbirlər təşkil etmişdir. İnanırıq ki, COP29-da razılaşdırılmışyeni iqlim maliyyə məqsədi həssas ölkələr üçün iqlim dəyişmələrinə uyğunlaşma, eləcə də erkən xəbərdarlıq sahəsində mühüm imkanlar yaradacaqdır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti