İşğaldan azad edilmiş ərazilərdə yaradılan yeni iş yerlərində təhlükəsiz əmək şəraiti vacibdir - Adil Rəhimli

Cəmiyyət Materials 8 Sentyabr 2026 12:31 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə yaradılan yeni iş yerlərində təhlükəsiz əmək şəraiti vacibdir - Adil Rəhimli
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir.

Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Adil Rəhimli mediatur çərçivəsində Trend-in Qarabağ bürosuna açıqlamasında deyib.

O bildirib ki, yaradılan iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir.

“Bizim əsas prioritet məsələlərimizdən biri əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlərin keçirilməsidir. Bu tədbirlərin keçirilməsində məqsəd işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasına xidmət etməkdir”, - deyə A.Rəhimli qeyd edib.

AHİK rəsmisi bildirib ki, konfederasiya əməyin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübədən də yararlanır.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Böyük Britaniyanın əməyin təhlükəsizliyi sahəsində ixtisaslaşmış institutlarının təhlükəsizliyin idarə edilməsi modulunu akkreditasiya edib. Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında həmin modul üzrə kurslar təşkil olunur. Bu sahədə ixtisaslaşmaq istəyən vətəndaşlarımız həmin kurslarda iştirak edərək beynəlxalq sertifikat əldə edirlər”, - deyə o əlavə edib.

A.Rəhimli gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti