Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 9 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 11:09 (UTC +04:00)
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 9 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları “Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında Qanun”a zidd fəaliyyətlə bağlı araşdırmaya başlayıblar.

“Haber7”nin məlumatına görə, Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən göndərilən raportu araşdıran əməkdaşlar döyüş bölgələri ilə əlaqəli şəxslərlə əlaqədə olduğu ehtimal edilən şübhəliləri müəyyən ediblər.

Araşdırma zamanı şübhəlilərin İŞİD və digər terror təşkilatları ilə bağlı barələrində hüquqi tədbirlər görülmüş çoxsaylı şəxslərlə pul köçürmələri həyata keçirdikləri müəyyən olunub.

Polis əməkdaşlarının sentyabrın 8-də müəyyən edilmiş ünvanlara eyni vaxtda keçirdikləri əməliyyat zamanı 9 şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti