Bakı.Trend:
PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlandı.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak təhsil sistemində inkişafın obyektiv və beynəlxalq səviyyədə qəbul edilmiş meyarla ölçülməsi deməkdir.
Bildirilib ki, PISA 2025 Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə əsasən Bakı 29-cu yerdədir.
“Ümumilikdə baxsaq, 62 ölkədə geriləmə, 16 ölkələdə irəliləmə var. Biz, bu 16 ölkənin içindəyik. Bakının nəticələri 2018-ci illə müqayisədə 40 bal, 2022-ci illə müqayisədə isə 63 bal artıb. Riyaziyyat nəticələrinə görə, nəticələrimiz çox yaxşıdır. Ölkə olar 50, Bakı isə 30 ən yaxşı iqtisadiyyat arasındayıq”,- deyə nazir bildirib.
