Cəmiyyət dərslikdəki dəyişiklikləri təhqir kimi başa düşür - Emin Əmrullayev

Cəmiyyət Materials 8 Sentyabr 2026 12:40 (UTC +04:00)
Cəmiyyət dərslikdəki dəyişiklikləri təhqir kimi başa düşür - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Dərslikdə nəsə dəyişiklik etdikdə, cəmiyyət bunu təhqir kimi başa düşür.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanda təhsil sistemi ənənəvi qaydada, dil qaydaları üzərində qurulub.

“Biz uşaqlara oxu tədris etmirik. Oxu keçmirik deyəndə, insanlar yanaşması odur ki, bu vətənə xəyanətdir. Əslində bu, PİSA nəticələridir. Azərbaycan şeirləri oxu mövzusu deyil. Gəlin 100 şeir müəyyən edək, onları uşaqlara öyrədək. Amma mən deyirəm ki, bu şeirləri öyrədərək, uşağa oxu öyrətmiriksə, artıq problem yaranır.

İndi edəcəyimiz dəyişiklikləri 2029-2030-cu illərdə görəcəyik. Oxu yönlü suallarımız artsa, qəbul və buraxılış imtahanlarında nəticələr yaxşılaşa bilər”,- deyə nazir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti