Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini Bakıya dəvət edib

Siyasət Materials 8 Sentyabr 2026 16:38 (UTC +04:00)
Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini Bakıya dəvət edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş Baş katibi İsmail Uld Şeyx Əhmədi ilk fürsətdə Azərbaycana səfər etməyə dəvət edib.

İƏT-in “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunur ki, C.Bayramov İƏT-in yeni Baş katibinin seçilməsindən sonra ona təbrik məktubu göndərib.

Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, eləcə də Azərbaycanın qarşıdan gələn İslam Zirvə Konfransının 16-cı sessiyasının uğurla keçirilməsinə töhfəsi ilə bağlı müzakirələrin aparılmasını təklif edib.

C.Bayramov həmçinin əminliyini ifadə edib ki, İsmail Uld Şeyx Əhmədin rəhbərliyi və onun diplomatik təcrübəsi nəzərə alınmaqla, İƏT üzv dövlətlər arasında birlik, həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsini, eləcə də İslam dünyasının qarşılaşdığı ümumi çağırışların həllini davam etdirəcək.

“O eyni zamanda, İƏT Baş Katibliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycanın minnətdarlığını ifadə edib, Təşkilatın ölkəsinin təşəbbüslərini daim dəstəklədiyini, həmçinin Təşkilatın Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə münasibətdə prinsipial mövqe tutduğunu qeyd edib”, – məlumatda deyilir.

Nazir Azərbaycanın İƏT-in daha da gücləndirilməsinə, onun səmərəliliyinin artırılmasına və Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduğunu bildirib.

C.Bayramov vurğulayıb ki, İƏT-in fəal üzvü və İslam Zirvə Konfransının gələcək sədri olan Azərbaycan ümumi məqsəd və prioritetlərə nail olmaq üçün Baş katiblə sıx əməkdaşlığa hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti