Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 16:08 (UTC +04:00)
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Rusiyanın bir sıra erməni mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayət edib.

Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.

Onun sözlərinə görə, İrəvan hesab edir ki, məhdudiyyətlər Aİİ-nin prinsiplərinə və sazişlərinə uyğun deyil.

Qasparyan həmçinin ticarət maneələrinin aradan qaldırılması üçün ittifaqın nəzərdə tutduğu mexanizmlərin işə salınacağına ümid etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti