“Huawei Technology” şirkətinin baş vitse-prezidenti ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 8 Sentyabr 2026 17:42 (UTC +04:00)
“Huawei Technology” şirkətinin baş vitse-prezidenti ilə görüş keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Huawei Technology” şirkəti ilə rəqəmsal və yaşıl həllərin formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi məsələləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Fillip Gan ilə görüşüb.

Görüşdə Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ texnologiyaların tətbiqi və yaşıl transformasiya istiqamətlərində həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, investisiya imkanlarının genişləndirilməsi, texnologiya transferinin təşviqi, insan kapitalının inkişafı, eləcə də lokal tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin rəqəmsal və yaşıl həllərin formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının yaradılması məsələləri nəzərdən keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti