Azərbaycan vasitəsilə Ermənistana növbəti tədarük həyata keçirilib (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 10 İyul 2026 16:10 (UTC +04:00)
Azərbaycan vasitəsilə Ermənistana növbəti tədarük həyata keçirilib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

xxx

11:58

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə 10 iyul tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti