TAP vasitəsilə Avropaya nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb

Energetika Materials 10 İyul 2026 15:42 (UTC +04:00)
TAP vasitəsilə Avropaya nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Trans-Adriatik Qaz Kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.

Bu barədə TAP AG konsorsiumundan məlumat verilib.

"Bir marşrut – iki mühüm göstərici. TAP artıq Avropaya 60 milyard kubmetrdən çox təbii qaz tədarük edib ki, bunun da 50 milyard kubmetri İtaliyaya çatdırılıb. Bu, Avropanın enerji təhlükəsizliyinə və qaz təchizatının şaxələndirilməsinə verdiyimiz davamlı töhfəni əks etdirir", – deyə konsorsiumun məlumatında bildirilir.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu təxminən 878 kilometr olan qaz kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a birləşir, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini kəsərək İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.

TAP-ın idarəedici- direktoru Luka Skiepatti bundan əvvəl Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üzrə yekun investisiya qərarının 2027-ci ilin birinci rübündə qəbul ediləcəyi gözlənilir.

“Bazar testi bazar iştirakçılarına maraqlarını ifadə etməyə və potensial olaraq uzunmüddətli güc rezervasiyası üzrə öhdəliklər götürməyə imkan verən tənzimlənən bir prosesdir. Bu öhdəliklər layihənin növbəti mərhələyə keçməsi üçün əsas şərtdir, çünki onlar hər hansı genişləndirmənin kommersiya baxımından davamlı və dayanıqlı olduğunu təsdiqləməlidir. Hər bir bazar testi iki mərhələdən ibarətdir: öhdəlik yaratmayan və öhdəlik yaradan mərhələlər”, – deyə o bildirib.

Skiepatti qeyd edib ki, 2025-ci ilin iyul ayında başladılmış 2025-ci il bazar testinin öhdəlik yaratmayan mərhələsi hələ də davam edir və proses növbəti mərhələlərə keçir. Bu mərhələlər çərçivəsində potensial genişləndirmə əlavə şəkildə işlənəcək və qiymətləndiriləcək, o cümlədən məsləhətləşmələr aparılacaq və yekun layihə təklifi hazırlanacaq.

Skiepatti qeyd edib ki, 2025-ci ilin iyul ayında başladılmış 2025-ci il bazar testinin öhdəlik yaratmayan mərhələsi hələ də davam edir və proses növbəti mərhələlərə keçir. Bu mərhələlər çərçivəsində potensial genişləndirmə əlavə şəkildə işlənəcək və qiymətləndiriləcək, o cümlədən məsləhətləşmələr aparılacaq və yekun layihə təklifi hazırlanacaq.

“Praktik baxımdan bu o deməkdir ki, bazar tərəfindən maraq mövcuddur, lakin proses hələ də davam edir və yekun investisiya qərarı hələ qəbul edilməyib. Yeni güclərə sərmaye yatırılması barədə qərar layihənin iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək üçün bazar iştirakçıları tərəfindən kifayət qədər həcmdə uzunmüddətli məcburi öhdəliklərin götürülməsindən asılı olacaq. Növbəti əsas addımlar məsləhətləşmələrin tamamlanmasını, layihə təklifinin yekunlaşdırılmasını və öhdəlik yaradan mərhələyə keçidi əhatə edir. Kifayət qədər öhdəlik olduğu halda, güclər bazar iştirakçıları arasında bölüşdürülə və yekun investisiya qərarı qəbul edilə bilər. Hazırda bu yekun mərhələnin 2027-ci ilin birinci rübü ərzində başa çatacağı gözlənilir”, – deyə o izah edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti